İşçilər nədən üzvü olduqları Həmkarlar ittifaqlarının iclaslarına dəvət olunmurlar? - Nədən onların iştirakı olmadan, onlar barədə qərarlar qəbul edilir?

İşçilər nədən üzvü olduqları Həmkarlar ittifaqlarının iclaslarına dəvət olunmurlar? -
Bu barədədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına çoxlu müraciətlər daxil olur, haqlı olaraq işçilər nədənüzvü olduqları Həmkarlar ittifaqlarının iclaslarına dəvət olunmurlar, bu iclaslarda nədən onların iştirakı olmadan, onlar barədə qərarlar qəbul edilir?
Əmək müqaviləsi ləğv edilərkən və ya digər hallarda Həmkar Təşkilatlarının qərarı qəbul əksər hallarda hüquqlarına toxunan işçi və ya işçilər həmin iclasa çağırılmır və iştirakları olmadan onlar barədə qərarlar qəbul edilir.
Hesab edirəm ki, aşağıdakı hallara görə bu qərarlar qanunsuzdur, məhkəmə qaydasında ləğv edilə bilər. Belə ki:
1. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla (İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, işçi özünün əmək funksiyasını, öhdəliklərini yerinə yetirmədikdə), işəgötürən tərəfindən: həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi - həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. İşçi özü barədə keçirilmiş iclasda nədən və hansı əsasdan iştirak iştirak etməlidir?
3. Ən azından ona görə ki, Həmkarlar ittifaqı - işçini təmsil edən, onun pulu ilə fəaliyyət göstərən və işçinin hüquqlarını müdafiə edən bir təşkilatdlr. Lakin bu halda təşkilat- tərəf kimi deyil, neytral bir tərəf və qanunla nəzərdə tutulan qaydada qərar qəbul etməli olan bir qurumdur.
4. Həmkarlar Təşkilatının iclası keçirilərkən mübahisə tərəfi olan İşəgötürən kimi, İşçidə həmin iclasda iştirak etməli, ən azından məhkəmə və ya mediasiya iclaslarında olduğu kimi bu iclasda iştirak etməli, özünü müdafiə etməli, işəgötürənin iclasda iştirak edən nümayəndəsinə suallar verməli, izahat tələb etməli, özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə vəzifə və ya digər öhdəliklərini yerinə yetirdiyini sübut etmə imkanı və hüququ olmalıdır. Yəni, işçinin bu iclaslarda işçinin özünü müdafiə etmək hüququ təmin edilməlidur.
5. İşçinin bu iclaslara dəvət edilməməsi belə, onun barəsində qəbul edilmiş qərarın şübhə altına alınmasına səbəb olur və ya onun barəsində qəbul edilmiş qərarın qanunsuz olmasını sübut edir.
6. Həmkarlar Təşkilatının iclası barədə işçi - rəsmi qaydada xəbərdarlıq edilməli, üzrlü səbəbdən iştirak etmədikdə təxirə salınmalı və digər müvafiq günə keçirilməlidir. Bu iclas yalnız, işçi üzrsüz səbəbdən iclasda iştirak etmədikdə, iştirakı olmadan keçirilə bilər.
7.Əgər işçi:ezamiyyətdə,məzuniyyətdə,əmək qabiliyyətini müvəqqəti itirməklə və ya digər üzrlü səbəblərdən iş yerində olmazsa, bu halda da işçi barədə Həmkarlar təşkilatınln iclası keçirilə bilməz, işçi işə çıxana kimi bu iclas təxirə salınmalıdır.
Azər Quliyev.
Tarix: 21-12-2023, 13:30
Xəbəri paylaş





Xəbər lenti