SABUNÇU RAYONUNDA AXŞAMLAR GÖZ GÖZÜ GÖRMÜR – ŞİKAYƏT(FOTO)


Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Əhməd bəy Ağayev küçəsi sanki keçən əsrin 90-cı illərinə qayıdıb. Günün axşam saatlarında küçədə göz gözü görmür.
Siam.az  yazır ki, bu barədə Sabunçu sakinləri bildirib. Onlar bir neçə vacib problemin həll edilməsini Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyindən xahiş edirlər. Sakinlər bildirir ki, küçənin işıqlandırılmaması bərbad vəziyyətdədir, demək olar ki, yoxdur.
Narazı sakinlər bildirir ki, yaşayış binalarında alt mərtəbə sakinləri aidiyyəti qurumlardan icazə alaraq çəpərini genişləndirib səkiləri zəbt edirlər. Əksər köhnə binaların ən aşağı mərtəbə sakinləri bu artırma üçün müvafiq icazəni aldıqdan sonra səkini rahatlıqla zəbt edirlər. Daha sonra da həmin səki evə qatılır və bunun üçün sənəd də alırlar. Səkilərin zəbt edilməsi hərəkəti də çətinləşdirir və sakinlər avtomobil yolu ilə hərəkət etməli olurlar.
Mənbə:Tribunainfo.az
Tarix: 26-12-2023, 14:43
Xəbəri paylaş





Xəbər lenti