Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə qarşısında
Bakı Kommersiya Məhkəməsində "Yeni Dünya" MTK-nın Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddiası əsasında məhkəmə başlayıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası gələn il yanvarın 9-na təyin edilib.
Qeyd: "Yeni Dünya" MTK Bakı Şəhəri İcra Hakimiyyətini məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələ barədə tələb irəli sürüb.
Tarix: 27-12-2023, 10:56