"28 may" Neft-Qaz Çıxarma İdarəsindən GİLEY - "Hara şikayət edək ki..."


"28 may" Neft-Qaz Çıxarma İdarəsinin Mühafizə Xidmətinin işçisi olmuş Masallı rayonunun Təklə kənd sakini Həsənov Həsən narazılıq edir.

"1992-ci ildən mühafizədə işləmişəm, sonradan çilingər kimi işimi davam edirmişəm" deyən narazı vətəndaş daha sonra bildirir ki, onun əmə dərəcəsi qanunsuz olaraq azaldılıb.

"2010-cu ildə idarənin rəisi Daşqın İsgəndərov mənim dərəcəmi aşağı saldı və əməkhaqqımın azalmasına səbəəb oldu. Ondan sonra idarəyə rəis gələn Rövşən Qarayev də mənə qarşı qanunsuzluğu davam etdirdi".

Vətəndaş bununla bağlı məhkəməyə müraciət etdiyini və onun iştirakı olmadan məhkəmənin keçirildiyini, ona rədd cavabı gəldiyini bildirir.

O, əmək hüququnun pozulduğunu və onun şikayətinə baxılmadığını iddia edir.

Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 28-12-2023, 10:13
Xəbəri paylaş





Xəbər lenti