Zaur müəllim bu faktlardan xəbərdardırmı? - BU NƏDİ BELƏ?!


Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi 2023-cü ilin avqust ayının 21-də "Regional zonalarda suvarılan torpaqlarda qazılmış rejm müşahidə quyularının cari təmiri və meliorasiya xidmətləri (torpaq nümunələrinin qablaşdırılması) üçün mal-materiallar”ın açıq tender metodu ilə satın alınması lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 213.780 manat, qalibi isə "Archimed" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1305000041) olub.

Zaur müəllim bu faktlardan xəbərdardırmı?

"Archimed" MMC 2017-ci ildə təsis edilib. Şirkətin hüquqi ünvanı Xətai rayonu, General Səmədbəy Mehmandarov ev ev 106, mənzil 1 ünvanı, qanuni təmsilçisi isə Mirzəyev Tacir Seyidağa oöludur.

"Archimed" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müvafiq lisenziyaları və digər parametrləri barərə açıq internet resurslarında məlumat yoxdur.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olmasının vacibliyi vurğulanır.

Zaur müəllim bu faktlardan xəbərdardırmı?

Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin 213 min manatlıq tenderdə qalib elan etdiyi "Archimed" MMC-nin adı bir sıra qanun pozuntularında hallanır.

2022-ci ilin dekabr ayının 23-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

Dövlət Xidmətinin Baş Prokurorluğa etdiyi müraciətdə bir neçə təşkilatın tenderlərdə iştirak etmək üçün dövlət sənədlərini saxtalaşdırdığı vurğulanır. Bu siyahıda "Archimed" Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı keçir.

Qeyd edək ki, Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərir.

İdarənin rəisi Mahir Qasımovdur.

Zaur müəllim bu faktlardan xəbərdardırmı?

Mənbə: Qlobal.az
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Tarix: 30-12-2023, 10:02
Xəbəri paylaş





Xəbər lenti