Nazirliklə məşhur şadlıq sarayı arasındakı məhkəmə çəkişməsi davam edir


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Yegane Palace” MMC-yə (VÖEN – 1404872921) qarşı qaldırdığı məhkəmə iddiası üzrə növbəti iclas mart ayının 7-nə təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iclası Bakı İnzibati Məhkəməsində hakim Tural Məlikovun sədrliyi ilə keçiriləcək.
Məlumat üçün bildirək ki, iddia vergi məsələləriylə bağlıdır. Bu günə kimi 3 dəfə iclas təyin olunsa da, təxirə salınıb. İlk dəfə məhkəmə iclası ötən ilin avqust ayına təyin edilib. Dövlət Vergi Xidməti “Yegane Palace” MMC-nin dövlət büdcəsinə 90 min 959 manat 28 qəpik vergi borcunun olduğunu bildirir.
Qeyd edək ki, “Yegane Palace” MMC 08 oktyabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Səfərov Şahin Ziyadxan oğludur. MMC-nin hüquqi ünvanı Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi ev 15, m. 109-da yerləşir.
Onu da bildirək ki, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində fəaliyyət göstərən məşhur “Yeganə” şadlıq sarayı da “Yegane Palace” MMC-yə məxsusdur.
Tarix: 4-01-2024, 09:36
Xəbəri paylaş





Xəbər lenti