Azərbaycanın bu kəndində sakinlərə gündə bir dəfə 30-40 litr su verilir - VİDEO
İsmayıllı rayonunun Gideyli kəndinin sakinləri içməli su sarıdan gileylidir. 300-ə yaxın sakin iddia edir ki, buna səbəb kənddə quraşdırılan mobil tipli su anbarıdır.
Belə ki, əhaliyə gündə bir dəfə 30-40 litr su verilir ki, həmin su da yarasızdır. Sudan həm qoxu gəlir, həm də qumludur.
Azərsu ASC-dən "Xəzər Xəbər"ə mövcud problemlə əlaqədar açıqlama verilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:
Tarix: 5-01-2024, 09:02