Etibar Pirverdiyev bu kluba nə qədər pul ayırıb və nə istəyir?
«Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin “Şahdağ Qusar”dan tələbi bəlli olub. O, ötən ilin avqustunda fəıaliyyətini bərpa edən klubdan II Liqaya vəsiqə qazanmasını istəyib.
Keçmiş məmur bu məqsədlə kollektivə 250 min manat büdcə ayırıb. Komandaya vəsait Pirverdiyevin idarəetməsində olan şirkət tərəfindən ödənilir.
Vəd edilib ki, qarşıya qoyulan məqsəd yerinə yetirilərsə, yəni, I Liqaya yol açılarsa, büdcə bir qədər də artırılacaq.
Hələlik Qusar təmsilçisinin II Liqada işləri yaxşı gedir. Şimallılar qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində ollanıb.
30 xala malik «Şahdağ» lider «Baku Sportinq»dən 7 xal geri qalır./Sportinfo.az
Tarix: 6-01-2024, 11:21