“Azərişıq” ASC-dən daha bir müəmmalı kadr təyinatı: Ölüm kabusu geri DÖNDÜ – VİDEO
“Azərişıq”ASC-nin Şimal Regional qrumuna yeni kadr təyinatı olub.Natiq Mustafayev müvafiq əmrlə idarəyə məsul vəzifəyə təyin edilib.
“7Times.az” xəbər verir ki,Natiq Mustafayev 2019-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2 maddəsinə əsasən (ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) təqsiri sübuta yetirilməklə 3.6 ay müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki,hadisə 2019-cu ilin martın 22-də Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində baş verib. “Azərişıq” ASC-nin Xaçmaz Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisi olan Əhməd Ağamov yüksəkgərginlikli elektrik xəttində təmir işləri apararkən elektrik vurması səbəbindən dünyasını dəyişib. Həmin vaxt ərazidəki təmir işlərinə təhkim olunan Xaçmaz Elektrik Şəbəkəsinin mühəndisi Natiq Mustafayev məsuliyyətsizlik edərək təmir aparılan elektrik xəttini gərginlikdən ayırmaq barədə göstəriş verməyi unudub. Bu isə Əhməd Ağamovun ölümü ilə nəticələnib.