Nazirlik məşhur kolbasa və sosiska markası haqqında araşdırma başlatdı - TƏFƏRRÜAT

Nazirlik məşhur kolbasa və sosiska markası haqqında araşdırma başlatdı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qida sektorunda fəaliyyət göstərən “Halal Payım” MMC barəsində araşdırmalar aparır.
Yeniavaz.com xəbər verir ki, Dövlət Xidməti “Halal Payım” MMC tərəfindən kolbasa və sosiska istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunması ilə bağlı aparılan yoxlama zamanı müəyyən edilən qanun pozuntusu üzrə araşdırma aparır.
Hazırda Dövlət Xidmətinin apardığı araşdırma “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.
Qeyd edək ki, “Halal Payım” MMC-nin istehsal etdiyi kolbasa və sosiska məhsulları bazarda “Payım” markası ilə tanınır.
Qeyd edək ki, “Halal Payım” MMC-nin nizamnamə kapitalı 2 milyon 655 min 650 manatdır. Şirkətin qanuni təmsilçisi Abdullayev Elşən Telman oğludur.
Tarix: 17-01-2024, 17:31
Xəbəri paylaş





Xəbər lenti