Təcili yardımın işdən çıxarılan baş həkimi TƏBİB-i məhkəməyə verdi
Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə verib. Siam.az-ın Unikal"a istinadən verdiyi məlumata görə, Rauf Nağıyev Yasamal Rayon Məhkəməsinə müraciət edib. O, işə bərpa edilməsini tələb edir. Xatırladaq ki, R.Nağıyev 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılmışdı.