Alıcılar aldadılıb? - Dövlət Xidməti və "Araz supermarket" arasında məhkəmə çəkişməsi davam edir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və "Araz supermarket" arasında məhkəmə çəkişməsi davam edir. Siam.az-ın xəbərinə görə, "Araz supermarket" barəsində tərtib edilən protokolla bağlı növbəti baxış iclası Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə yanvarın 30-da keçiriləcək.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: Supermarket tanınmış iş adamı Aydın Veysəloğlu Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu" şirkətlər qrupuna daxildir.
Mənbə: Pravda.az
Tarix: 28-01-2024, 10:47