"Siyəzən-broyler"ə yenə protokol yazıldı


"Siyəzən-broyler" ASC-yə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
İş Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərovun icraatındadır. Baxış iclası fevralın 13-də keçiriləcək.
Tarix: 2-02-2024, 10:06
Xəbəri paylaş





Xəbər lenti