Sankt-Peterburq 2025-ci ilin sonuna kimi 17 yeni nəsil “Lionok” tramvayı alacaq.
Bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Avtomobillər 95 % yerli komponentlərdən ibarətdir və süni intellektlə təchiz edilib.
Onlarda sistem piyadaları, işıqforları, nəqliyyat vasitələrini və yol nişanlarını tanıyır, yoldakı vəziyyəti qiymətləndirir, sürücüyə siqnallar verir.
Belə bir tramvay sürücünün sürət həddini aşmasına və diqqətinin yayınmasına imkan verməyəcək. Seçicilər üçün uzaqdan idarəetmə sistemi və prioritet səyahət sistemi də tətbiq ediləcək.
Bildirilir ki, salonda 40 erqonomik oturacaq və ümumi tutumu 161 nəfər olacaq. USB rozetkaları və multimedia məlumat sistemləri də təmin olunub.
Məsələ ilə bağlı "Cebheinfo.az"-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sistemi qurulub:
"Təəssüf ki, bu, səhv sistem kimi quruldu. Sabiq nəqliyyat naziri Ziya Məmmədov milyonlarla vəsaiti məhv etdi, normal bir sistem qura bilmədi.
Daha sonra Bakı Nəqliyyat Agentliyi bu məsələyə nəzarət etdi, lakin onlar da heç nə edə bilmədilər.
Hazırda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi Daxili İşlər Nazirliyinin nəzarətdindədir və süni intellektin müəyyən elementlərindən istifadə olunur.
Avtomobillərin sayı, işıqforların bu saya nisbətən idarəedilməsi, nəqliyyat axınını hesablamaq, qabaqlayıcı addımlar atılması və s. kimi elementlər süni intellektə aiddir.
Düzdür, tam süni intellektdən istifadə olunmasa da, ona uyğun addımlar müşahidə edilir. Düşünürəm ki, gələcəkdə süni intellektin faydalarından səmərəli istifadə olunacaq.
Tramvaylara gəlincə, Azərbaycanda tramvay yoxdur və bərpa da edilmir.
Gələcəkdə bu texnologiyalar dünyaya yayıldıqda, hər halda Azərbaycan da tramvaylardan istifadə ediləcək".
Tarix: 10-08-2024, 08:23