Sahibinin başı dərddə olan “Atlant” müştərilərə də KƏF GƏLİR… – Çətini müştərini cəlb edənə qədərdir…
Xəbər verdiyimiz kimi, Nabranda, Xəzər dənizinin sahillərində tikilmiş “Atlant” İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun da adı qarışan cinayət dosyesi üzrə məhkəmə araşdırmaları aparılır.
"
DogruXeber.az" xəbər verir ki, 171 nəfər Azərbaycan vətəndaşına qarşı külli miqdarda – 14 milyon manat dələduzluq cinayəti baş verib.
Buna görə ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.
Ən son məlumata görə, iş üzrə zərərçəkənlər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovaya ərizə ilə müraciət ediblər.
Bu azmış kimi “Atlant” İstirahət Mərkəzi öz müştərilərini də aldatmaqdadır.
Bu barədə şikayətçi düşən Xəyalə Tağızadənin gileyini Dia-az.İnfo olaraq olduğu kimi təqdim edirik:
“Menim shikayetim Nabran Atlant istirahet merkezindendir. Dunen zeng elemishik 10defe belke deqiqleshdirmishik deyiblerki kotec 6neferlik kondisionerli , kotec pulundan elave 31azn adama gunde 3defe qidalanma. Defelerle sorushduq dedilerki 31azn, bu gun gelmishik deyirlerki adam bashi 37azndir 3 defe qidalanma. ishchimiz tezedir sehv deyib. Ishchi tezedi oyrensin , sehv melumat vermesin mushteriye. Men elimdeki pula dedikleri qiymet uygun geldiyi uchun razilashmisham. Gelmishem qapida 4nefere elave 48azn isteyirler) Neyse geldik kotece, demishdiler kondisionerli , girmishik icheri beledchi deyirki kondisioner bir otaqdadi) 3 otaq kotecde kondisioner bir dene otaqdadi) Hamamda ne dish shotkasi ne pasta ne sabun hechne yoxdur. Biz 2 aile ile gelmishik , yanimizda korpe ushag. Biabrchiliqdi uzun sozun qisasi. Peshman olduq gelmeyimize…”
Məsələ ilə bağlı bütün maraqlı tərəflər rəy açıqlaya bilər.//turantv.az
Tarix: 10-08-2024, 22:12