“Şəki-Tikinti-4” şirkəti ilə AQTA arasında nə baş verib?

“Şəki-Tikinti-4” şirkəti ilə AQTA arasında nə baş verib?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı “Şəki-Tikinti-4” MMC-dir.

Şirkətin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. İş hakim Tural Məcidovun icraatındadır.

Məhkəmə çəkişməsi İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır.


“Şəki-Tikinti-4” MMC inşaat sektorunda fəaliyyət göstərir. 1998-ci ildə qeydiyyata alınan şirkət əvvəlcə Açıq Səhmdar Cəmiyyəti (ASC) kimi fəaliyyət göstərib. 2018-ci ildə şirkətin təşkilati-hüquqi forması dəyişdirilib.

Nizamnamə kapitalı 48 586 manat olan şirkətin qanuni təmsilçisi Anna Vasilteva Oleqovnadır. Onun haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

AQTA-nın sədri isə Qoşqar Təhməzlidir.
Tarix: 11-08-2024, 09:16
Xəbəri paylaş





Xəbər lenti