Əmlak məmurları şəxsi mülkiyyətin nə olduğunu bilmirlərÖlkədə ən geniş yayılmış hüquq pozuntusunun dələduzluq olduğunu cinayətlərin statistikasından başqa hər gün qarşıya çıxan faktlar da doğrulayır. Dələduzluq cinayətləri, adətən, dövlət orqanlarının, vəzifəli şəxslərin səlahiyyətlərini saxtalıqla mənimsəməklə gerçəkləşdirilir.Danışacağımız faktda isə dələduzluğu edən dövlətin iqtisadi siyasətinə cavabdeh edilən dövlət orqanıdır, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və tabeliklərindəki xidmətlərdir. Anlamaq olmur, ƏMDX-
Əmlak Məsələləri Dövlət Xidmətidir, yoxsa DƏLƏDUZLUQ XİDMƏTİ?“Veteranlar haqqında” qanunun 11-ci maddəsinin 2-ci abzası ilə DÖVLƏT
müharibə veteranlarının istifadəsində olan dövlət bağlarının və bağçılıq sahələrinin ƏVƏZSİZ olaraq onların ( müharibə veteranlarının- M. B. ) ŞƏXSİ MÜLKİYYƏTİNƏ verilməsini aktlaşdırıb. Dövlətin adından bu görəvi yerinə yetirməyə təhkim edilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti isə açıq mətnlə bildirir ki, eyni nazir(liy)in başçısı olduğu Tarif Şurası qanunu-normativ hüquqi aktı ləğv edib.(?) Bir aydan çoxdur Konstitusiyaya açıq sayğısızlığa qiymət verilmir. ƏMDX və tabe qurumlar “dedığım dedik, çaldığım düdük” deyib dururlar. Elə bil, bunların özünün ayrıca özbaşınalıq qanunu, konstitusiyaları var!(?) Ölkədə ən yüksək hüquqi qüvvəyə malik qanun Konstitusiyadırsa, bu qanunda yazılıb ki, qanunların icrası və tətbiqi məcburidir (maddə149, III hissə); heç kəsdən qanunda nəzərdə tutulduğundan artıq vergilər və digər dövlət ödənişləri alına bilməz (maddə73, II hissə). Bəs niyə müharibə veteranlarından ƏVƏZSİZ olaraq ŞƏXSİ MÜLKİYYƏTƏ keçirməyə haqq etdikləri bağlarına görə “Dövlət rüsumu haqqında” qanuna əsasən 125 manat
dövlət rüsumu və Tarif Şurasının 31.07.2023 tarixli, 5 saylı qərarına görə 118 manat
xidmət haqqı tələb edilir? Bəyəm ƏMDX bilmir ki,
dövlət rüsumu – göstərilən XİDMƏTLƏRƏ və hüquqi hərəkətlərə görə ödənilən haqdır?( “Dövlət rüsumu haqqında” qanunun
1.1 maddəsi). Onu da bilmir ki,
heç bir qurum qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və digər dövlət ödənişilərini MÜƏYYƏN EDƏ bilməz? ( “Dövlət rüsumu haqqında” qanunun
1.2 maddəsi) Belə bəlli olur ki, bilmir. Bilsəydi, ödənişdən azadolma bir yana, şişirtmə DÖVLƏT (DƏLƏDUZLUQ) ÖDƏNİŞLƏRİ MÜƏYYƏN ETMƏZDİ.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədr müavini
Elşad Məmmədov 06.08.2024 tarixli məktubla şişirtmə DÖVLƏT ÖDƏNİŞİNİ bircə ayrıntı ilə digər müavin
Elvin Məmmədov kimi “əsaslandırıb”. Ayrıntı ondadır ki, “Veteranlar haqqında” qanunu
Elvin Məmmədov görməzliyə vururdusa,
Elşad Məmmədov belə TƏFSİR EDİB: “
Veteranlar haqqında” qanunun 11-ci maddəsinə görə, müharibə veteranlarının istifadəsində olan dövlər bağları və bağçılıq sahələrinin ƏVƏZSİZ olaraq onların ŞƏXSİ MÜLKİYYƏTinə verilməsi QEYD EDİLMİŞ , lakin DAŞINMAZ ƏMLAK ÜZƏRİNDƏ HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI barəsində GÜZƏŞT NƏZƏRDƏ TUTULMAMIŞDIR” . Dəhşətli dələduzluq təfsirinə baxın, bu yekəlikdə ƏMLAK XİDMƏTİ
şəxsi MÜLKİYYƏTin əmlakın dövlət qeydiyyatına alınması olduğunu (da!) BİLMİR!Özgə izaha, şərhə, təfsirə ehtiyac varmı? Suala cavab vermək Prezident yanında korrupsiyaya qarşı mübarizə komissiyasının, baş prokurorluğun boynundadır.
Məğrur BƏDƏLSOY
Tarix: 15-08-2024, 00:13