“Beynəlxalq Bank” kredit borcuna görə məşhur ayaqqabı şirkətini məhkəməyə verdi
Aktivlərinə görə Azərbaycanın ən böyük bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC tanınmış ayaqqabı istehsalçısı olan “Elmanado” MMC-yə (VÖEN – 3102351871) və Kərimov Kərim Elman oğluna qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatına verilib.
Bildirək ki, “Paşa Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
Məlumat üçün bildirək ki, “Elmanado”nun 2010-cu ildən fəaliyyət göstərdiyi bildirilir. Nizamnamə kapitalı 500 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Toğrul Taryel oğlu. Mətbuatda gedən məlumatlara görə, Kərim Kərimov “Elmanado”nun təsisçisidir./Yeniavaz.com
Tarix: 21-08-2024, 23:05