ƏƏSMN-nin daha bir qurumu bu şirkətlə tender əməkdaşlığına başladı - 300 minlik təmir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Tərtər DOST filialında əsaslı təmir işləri aparılacaq.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı elan edilən tenderə yekun vurulub və hazırlıqlara başlanılıb.
Agentlik təmir işlərini tenderin qalibi olan “Construction Business Group” MMC-yə həvalə edib və şirkətlə dəyəri 340 min manat olan müqavilə bağlayıb.
Xatırladaq ki, şirkət bundan əvvəl də nazirliyin Sosial Xidmətlər Agentliyinin dörd tenderinin qalibi olub. Suraxanı rayonunun Əmircan qəsəbəsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində və Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Yavər Əliyev küçəsində isə iki ayrı ünvanda yerləşən Agentliyin balansındakı inzibati binalarda təmir işlərini də “Construction Business Group” MMC həyata keçirib. Həmin vaxt SXA ilə şirkət arasında ümumilikdə dəyəri 600 min manatdan artıq olan müqavilə bağlanılıb.
Qeyd edək ki, tikinti sektorunda fəaliyyət göstərən “Construction Business Group” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb.