Nərimanov rayonunda zəbt edilməyən piyada səkisi qalmadı – Foto
Bakının artıq əksər rayonlarında piyada səkilərinin zəbt edilərək avtomobil parklanması üçün ayrılması adi hal alıb. Daha bir səkidə parklanma yeri Nərimanov rayonu Təbriz küçəsində yeni yaşayış binasının qarşısında yaradılıb.Tribunainfo.az xəbər verir ki, sözügedən ərazidə yaşayan sakinlər bildirib ki, hələ ilin əvvəlində aidiyyəti orqanlara sözügedən ünvanda ağacların əkilməsi və səkinin yenidən qurulması xahişi ilə müraciət ediblər. Hətta Nərimanov rayon İcra Hakimiyyəti bununla bağlı yerli mənzil-kommunal təsərrüfatı qurumuna tapşırıq da verib. Amma sakinlər bu günlərdə səkinin həmin hissəsinin parkinqə çevrildiyini, zibil qutularının da oradan götürüldüyünü görüblər.
Səkilərə nəzarətin yerli icra hakimiyyətlərinin səlahiyyətində olduğunu nəzərə alan sakinlər, tezliklə problemin həll edilməsini tələb edir. Sakinlər səkilərin piyadalara qaytarılmasını və oranın avtomobillərdən təmizlənməsini istəyir.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Tarix: 10-09-2024, 22:43