Qusar rayonu, Balaqusar kənd sakini Poladxanov Sakit Absəməd oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. S.Poladxanov “Kapital Bank”-dan şikayətçidir:
“Yazaraq qeyd edim ki, bu il aprel ayının 24-də icarədə olan torpağımın sərhədlərinin tanıdılması üçün Xaçmaz şəhər Reyester idarəsinə müraciət etmişəm. 120 manat xidmət haqqı ödəmişəm.
Bir ay sonra o idarədən mütəxəsis gələrək, icarədə olan həmin əraziyə getmişik. İcarədar zəng edərək, ərazini ölçməyə icazə vermədi. Əməkdaş isə həmin şəxsə bildirdi ki, bu vətəndaşın əlində çıxarışı var. Buna baxmayaraq, icarədar icazə vermədiyi üçün, yerin sahibi mən olsam dam, gələn şəxs yeri ölçmədən getdi. Bundan əvvəl mənə bildirdi ki, Xaçmaza gələrək, ödənişinizi geri götürə bilərsiniz.
Xaçmaz rayonuna getdim, mənə dedilər ki, vəsait Qusar rayon “Kapital Bank”ına köçürüləcək. Lakin həmin vaxtdan bu vaxta qədər pulumu ala bilməmişəm. May ayından ödədiyim 120 manat pulu bank hesabıma köçürtməyə “can çəkir”. Deyirlər ki, araşdırma gedir, sanki 120 000 min manat puldan söhbət gedir”.