Tribunainfo.az xəbər verir ki, sözügedən BOK-la bağlı iddianı Əliyev Fərid Əli oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Iddiaçı BOKT-un kredit müqaviləsi şərtlərini pozduğunu bildirib. İşə Nərimanov rayon Məhkəməsində 22 oktyabr tarixində hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq. “Azpul” BOKT 18 sentyabr 2020-ci ildə Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayıb. BOKT-un İdarə Heyətinin sədri və qanuni təmsilçisi Vəliyev Tural Gəray oğludur.