7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Gədəbəy, Ağstafa, Şəmkir, Göygöl, Qax, Zaqatala və Qəbələ DOST filiallarında əsaslı təmir işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib."DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Entre” MMC olub.
Qalib şirkətlə 166 249 manat məbləğində müqavilə imzalanıb.
Tarix: Dünən, 17:24