Naxçıvanın həbsdəki sabiq naziri Bakıdakı türməyə etap olunmasını istəyir

Naxçıvanın həbsdəki sabiq naziri Bakıdakı türməyə etap olunmasını istəyir Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov Naxçıvan cəzaçəkmə müəssisəsindən Bakıdakı çəzaçəkmə müəssisələrindən birinə köçürülməsini istəyir.


V.Ələsgərovun vəkili Tofiq Allahverdiyev onunla görüşüb. Vəkil trend.az-a bildirib ki, görüş zamanı müvəkkilinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: “Saxlanma şəraiti və səhhəti normaldır, heç bir şikayəti yoxdur. Hazırda cəzasını çəkir”.
T.Allahverdiyev bildirib ki, hazırda V.Ələsgərov barəsində olan hökmdən kasasiya şikayəti hazırlayırlar. Şikayət sentyabr ayında tamamlanandan sonra məhkəməyə təqdim olunacaq. Vəkil sabiq nazirin Bakıdakı cəzaçəkmə müəssisələrindən birinə köçürülməsi məsələsinə də toxunub: “Bu məsələ hələ ki qalır. Hələlik Vəli Ələsgərov çəzasını Naxçıvanda çəkir. Bakıya gətirilməsi ilə bağlı məsələ gündəmdə deyil. O, yalnız vəkilləri ilə görüşür. Ailə üzvləri və yaxınları ilə görüşməyib”.


V.Ələsgərov Naxçıvan MTN-ə rəhbərlik edərkən öz qəddarlığı ilə ad çıxarmışdı. Nazirliyin zirzəmisini işgəncə məkanına çevirən Vəli Ələsgov bu ilin mart ayında həbs olunub, üç həftə sonra ev dustaqlığına buraxılıb. Ancaq aprelin 7-də yenidən təcridxanaya salınıb. Bir vaxtlar Naxçıvan MTN-i əsl “gestapo”ya çevirən Vəli Ələsgərov həbs olunandan sonra vəkili vasitəsilə jurnalistlərdən və insan haqları müdafiəçisindən aman diləyib, hüquqlarının pozulmasından və işgəncələrə məruz qalmasından şikayətlənib. Həbsindən sonra o, vəkilinə deyib ki, Naxçıvan Prokurorluğunda zorakılığa məruz qalıb.


“Orada müstəntiq Elşad İbrahimovun kabinetində Naxçıvan prokuroru Səbuhi Şahverdiyev onu şəxsən döyüb, təhqir edib”-deyə vəkil “Yeni Müsavat” əməkdaşına bildirmişdi. Qeyd etmişdi ki, Naxçıvan MTN-in keçmiş əməkdaşları Vəli Ələsgərovla üzləşdirilib və onlar keçmiş nazirin üzünə tüpürüblər. Habelə V.Ələsgərovu həbsdə döyüblər, yaxınlarının və özünün milyonlarla dollarlıq əmlakını əllərindən alıblar.


E.HÜSEYNOV
Tarix: 31-08-2017, 08:29
Xəbəri paylaş





Xəbər lenti