Gömrük Komitəsi Aris Şıxəliyevin rəhbərlik etdiyi mağazalar şəbəkəsi barəsində protokol tərtib etdi


"İrşad Electronics" MMC-yə inzibati protokol yazılıb.
 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.
 
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.
 
Qeyd: MMC elektronika məhsullarının satışı ilə məşğuldur. Şirkətin İdarə Heyətinin sədri Aris Şıxəliyevdir. 
Tarix: Bu gün, 10:28
Xəbəri paylaş





Xəbər lenti