12 min manat ödəyib 4 il institutda oxusa da, diplom ala bilmir - Gəncədə qeyri-adi hadisə

12 min manat ödəyib 4 il institutda oxusa da, diplom ala bilmir - Gəncədə qeyri-adi hadisə Ucar rayonunun Alpı kənd sakini Nəbiyeva Sevil Məhəmmədəli qızı tərəfindən Cebhe.info-ya şikayət məktubu daxil olub.

Şikayətçinin sözlərinə görə onun nəvəsi Nəbiyeva Aytən Nəbi qızı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına 2011-ci il tarixdə qəbul olunsa da, diplom ala bilməyib. İnstitutdan bildirilir ki, təhsil müəssəsində bu adda tələbə təhsil almayıb:


“Qeyd edim ki, nəvəm Nəbiyeva Aytən Nəbi qızının Gəncə Müəllimlər İnstitutu 2011-ci il tarixdə qəbulu zamanı həmin institutun müəllimi Məmmədov Ələddin Hətəm oğlu bizdən bəribaşdan təhsil haqqı adı ilə 12000 (on iki min) manat pul alıb. Bundan sonra nəvəm Aytən Nəbiyeva Gəncə şəhərində kirayə evdə qalaraq, 4 il həmin Gəncə Müəllimlər İnstitutunda təhsil aldı.4 il ərzində hər il təhsil haqqı olaraq 1500 manat pul ödədik ki, buna dair qəbzlərimiz var. 4 il ərzində hər altı aydan bir Gəncə Müəllimlər İnstitutunun müəllimi Ələddin Məmmədov imtahan adı ilə bizdən 500 manat pul alıb. Universiteti bitirdikdən sonra məlum oldu ki, Gəncə Müəllimlər İnstitutunun müəllimi Ələddin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək küllü miqdarda pulumuzu alaraq bizi aldadıb. Bildirib ki, Aytən Nəbi qızı Nəbiyeva adlı tələbə Gəncə Müəllimlər İnstitutunda oxumayıb, sizi müəllim Ələddin Məmmədov aldadıb. Bu absurd bir haldır. Nəvəm düz 4 il Gəncə şəhərində kirayə evdə qalaraq dərsə gedib, imtahanlarda iştirak edib. Bütün bu faktlar onu deməyə əsas verir ki, bu ağır cinayət hadisəsini müəllim Ələddin Məmmədov tək törətməyib. Bu cinayət hadisəsi barədə Azərbaycan Respubliasının Baş Prokuroruluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verdiyimiz şikayət ərizəmiz əsasında araşdırma aparan Şəhriyar adlı müstəntiq düz bir ilə yaxındır ki, bizi süründürüb axırda da heç bir tədbir görə bilməyəcəyini bildirir”.

Nənənin iddiasına görə, bir qrup vəzifəli şəxs onlara qarşı dələduzluq edib:

“Bizə qarşı dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, saxta sənəd tərtib etmə ilə bağlı cinayətlərini təsdiq edən konkret və mötəbər sübutlarımız olsa da, bizə qarşı edilən cinayət faktının üstü qəsdən ört-basdır edilir. Həmin sübutları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəmiz əsasında aparılan araşdırmaya təqdim edib ifadələr vermişik. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi heç bir qanuni əsas olmadan tədbir görmək istəmir, süründürməçilik yaradır”.

Sübutlar da var:

“Konkret sübutlar var ki, Gəncə Müəllimlər İnstitutunun müəllimi Ələddin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı edərək, bizi aldadıb dələduzluqla küllü miqdarda pulumuzu almaqla ağır cinayət törədib. Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova çoxlu sayda şikayət ərizələri mətbuat vasitəsi ilə Prezident Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik. Bildiririk ki, Gəncə Müəllimlər Universitetinin müəllimi Ələddin Məmmədovun və onu himayə edən vəzifəli şəxslərin barəsində qanuni tədbirlər görsünlər”.

Şikayət məktubuna əlavə edilən sənədlər: 12 min manat ödəyib 4 il institutda oxusa da, diplom ala bilmir - Gəncədə qeyri-adi hadisə
12 min manat ödəyib 4 il institutda oxusa da, diplom ala bilmir - Gəncədə qeyri-adi hadisə
12 min manat ödəyib 4 il institutda oxusa da, diplom ala bilmir - Gəncədə qeyri-adi hadisə
12 min manat ödəyib 4 il institutda oxusa da, diplom ala bilmir - Gəncədə qeyri-adi hadisə
12 min manat ödəyib 4 il institutda oxusa da, diplom ala bilmir - Gəncədə qeyri-adi hadisə
12 min manat ödəyib 4 il institutda oxusa da, diplom ala bilmir - Gəncədə qeyri-adi hadisə
12 min manat ödəyib 4 il institutda oxusa da, diplom ala bilmir - Gəncədə qeyri-adi hadisə
Tarix: 5-09-2017, 15:07
Xəbəri paylaş





Xəbər lenti