"Onlar “qanuni oğru” adının bəzi tələblərini pozublar”

"Onlar “qanuni oğru” adının bəzi tələblərini pozublar” “Qanuni oğrular” arasında bu adı pulla alanlar var”


“90-cı illərdən sonra “qanuni oğru” adını alan bəzi şəxslər bu ada pulla sahiblənib”.


Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Əyyub Kərimov bildirib.

Onun sözlərinə görə, həmin şəxslər “qanuni oğrular” üçün nəzərdə tutulan bir sıra vacib kriteriyaların da tələblərinə cavab vermir:

“Əvvəllər heç kim bu adı pul hesabına ala bilməzdi. Bu, mümkün deyildi. Lakin 90-cı illərin əvvəllərindən etibarən vəziyyət dəyişdi. Necə ki, pulla vəzifəyə gəlinirdi, pulla da “qanuni oğru” adı alınmağa başladı. Hansı ki, onların bəzisi “qanuni oğru” üçün vacib sayılan bəzi kriteriyaları pozur, bu tələblərə cavab vermirdi. Məsələn, qanuni oğru evlənə bilməzdi, amma onlar evlənirdilər. Qanuni oğru özünə var-dövlət yığa bilməzdi, amma onlar yığırdılar və s. Yəni hər şey əvvəlkindən xeyli dərəcədə fərqli məcrada cərəyan etməyə başladı. Odur ki, bu günün “qanuni oğrular”ı sovet dönəmindəki “qanuni oğrular”arasında xeyli fərq var”.
Tarix: 9-09-2017, 08:04
Xəbəri paylaş





Xəbər lenti