Deputatın qardaşı oğlu qaçaqmalçılıq üstündə məsuliyyətə cəlb olundu...

Deputatın qardaşı oğlu qaçaqmalçılıq üstündə məsuliyyətə cəlb olundu... Moderator.az-a daxil olan məlumata görə deputat Elmira Axundovanın qardaşı oğlu qaçaqmalçılığa görə məsuliyyətə cəlb edilib.

Belə ki, məlumata görə, Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində onun barəsində müvafiq maddələrlə cinayət işi başlanılıb.

Xəbəri yenicə aldığımızdan informasiyanı Dövlət Gömrük Komitəsi və Baş Prokurorluqla dəqiqləşdirə bilmədik.

Gün ərzində adıçəkilən qurumlardan bu barədə hər hansı rəsmi açıqlama veriləcəyinə ümid edirik.
Tarix: 20-09-2017, 16:50
Xəbəri paylaş





Xəbər lenti