Qüdrət Qurbanov oğluna “Buta Palace”da yüzminlik toy çaldırdı — TOYDAN VİDEO

Azərbaycanda daha bir yüksək çinli məmur "Buta Palace”da öz övladına toy edib. Qüdrət Qurbanov oğluna “Buta Palace”da yüzminlik toy çaldırdı — TOYDAN VİDEO Siam.az azxeber.com-a istinadən xəbər verir ki, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov oğlu Orxan Qurbanovun toy mərasimini keçirib. Administrasiya rəisi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovla quda olub.

"Buta Palace”da baş tutan toy məclisində bir çox şuo-biznes nümayəndələri də iştirak edib. Qüdrət Qurbanovun tapşırığı ilə toy məclisində iştirak edən qonaqlardan toydan çəkilən görüntülərin sosial şəbəkələrdə paylaşılmaması xüsusi xahiş edilib. Buna səbəb məclisin dəbdəbəli keçirilməsi və yüksək çinli məmurların məclisdə iştirak etməsi olub. Digər bir səbəb isə Q.Qurbanov mətbuatın gündəminə gəlməkdən çəkinməsi olub.

Toyu tanınmış aparıcılar Emin Musəvi ilə Leyla Əliyeva aparıblar.
Tarix: 20-09-2017, 23:30
Xəbəri paylaş





Xəbər lenti