Xanım deputatdan ona etiraz edən həmkarlarınaCAVAB

Xanım deputatdan ona etiraz edən həmkarlarınaCAVAB Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Gövhər Baxşəliyeva “Bakıətrafı bütün kəndlərdə qızlara qadağa qoyulub. Bunun səbəbini soruşduqda isə cavab olaraq “əgər biz qızı məktəbə göndərsək, kənd camaatı bizi qınayar” deyirlər. Biz bu stereotipi ləğv etməliyik” söyləyib.
Digər millət vəkilləri Eldar Quliyev və Dilarə Cəbrayılova isə həmkarlarının dediklərinin tamamilə yanlış olduğunu deyiblər.

Onda Gövhər Baxşəliyeva bu fikirlərini nəyə əsaslanaraq səsləndirib?
Gununsesi.info bildirir ki, modern.az bu suallar xanım deputata müraciət edib.
Gövhər Baxşəliya bildirib ki, məsələ ilə bağlı əlavə sözlər deməyə ehtiyac yoxdur.
“Mən səsləndirdiyim fikirləri rəsmi statistikaya əsaslanaraq deməmişəm. Bakı kəndlərində qız uşaqlarının məktəblərə getməməsini real həyatda öz müşahidələrimlə müəyyən etmişəm. Bunu mənə kimsə deməyib. Öz müşahidələrim əsasında bu fikirləri səsləndirmişəm”.
Tarix: 21-09-2017, 17:02
Xəbəri paylaş





Xəbər lenti