Tofiq Heydərov "AAAF Park"a göz dikən məmura qalib gəldi

Tofiq Heydərov "AAAF Park"a göz dikən məmura qalib gəldi “AAAF Parkı”ın rəhbəri Tofiq Heydərov Azərbaycana qayıdıb.

Yenicag.az xəbər verir ki, artıq iş başında olan Heydərov, mövcud problemlərin aradan qaldırıldığını bildirib:


“Bu gün artıq işdəyəm, bütün problemlər demək olar ki, həll olundu. Cenab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm ki, biz idmançıların hər bir problemini həll edir. Tezliklə satışlarımıza mane olan çıxarış məsələri və digər problemlər həll olunacaq.

Allahın köməkliyi ilə bizə qarşı bundan sonra kiçik bir haqsızlıq belə olmayacaq. Şirkətlərimizin əməkkdaşlarına da bundan sonrakı fealiyyetində qanunlar çerçivəsində işleməyi və dövlətimizin inkişaf etdirilmesində nümunəvi bir şirkətlərə çevrilməyini arzulayıram”.

Qeyd edək ki, bir müddət əvvəl iş adamının hıbs olunmasına dair xəbərlər yayılmışdı. Ardınca isə sözügedən obyektdə icraçılar tərəfindən yoxlamalar da aparılmışdı. Heydərov bundan əvvəl isə bildirmişdi ki, onun işinə mane olan şəxslər var. Bunlardan biri də vaxtı ilə Abşeronun icra başçısı olan, hazırda isə Sumqayıtda sözügedən vəzifəni icra edən Zakir Fərəcovdur.
Tarix: 26-09-2017, 20:33
Xəbəri paylaş





Xəbər lenti