AzTV sədrinin maşını cərimə meydançasına aparılıb - 7200 manat ödənilməyən cəriməsi varmış

AzTV sədrinin maşını cərimə meydançasına aparılıb - 7200 manat ödənilməyən cəriməsi varmış "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.

Siam.az report-a istinadən xəbər verir ki, buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.

Belə ki, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.
Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.
Siam.az
Tarix: 27-09-2017, 21:58
Xəbəri paylaş





Xəbər lenti