Deputat: “10 nəfəri Həcc ziyarətinə göndərmək əvəzinə iki qız tələbə oxutsunlar”

Deputat: “10 nəfəri Həcc ziyarətinə göndərmək əvəzinə iki qız tələbə oxutsunlar” “Bəzən görürsən ki, bizim bəzi imkanlı şəxslər 10 nəfəri Həcc ziyarətinə göndərməsi ilə fəxr edirlər. Din düzgün təbliğ olunsa, o adamlar bilər ki, insanlar ziyarətə özü getməlidir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Bakıda “Qeyri-hökümət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, vəsait xərcləyib Həcc ziyarətinə adam göndərənlər həmin məbləği iki qız tələbənin ödənişinə xərcləsələr, daha faydalı olar: “Bizim bəzi dindarlığın qatı olduğu bölgələrdə qızları məktəbə buraxmırlar. Bu problemə qarşı mübarizə aparılmalıdır. Bu mövzuda din xadimlərindən açıqlama gözləyirəm”.
Tarix: 28-09-2017, 14:10
Xəbəri paylaş





Xəbər lenti