Rövnəq Abdullayev: Erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur-VİDEO

Rövnəq Abdullayev: Erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur-VİDEO “Bizim problem erməni xalqının hökümətində olan bəzi insanlarladır”.

Nia.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ANS-ə geniş müsahibəsi zamanı bildirilib.


Biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbət, məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrinidə qazla təmin edirik. Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur. Bizim problem erməni xalqının hökümətində olan bəzi insanlarladır.

Nia.az həmin video müsahibəni təqdim edir:


Qeyd edək ki, ermənilərdə işğalçılıq, düşmənçilik xislətinin yaranmasında əsas rol oynayan qurum məhz elə erməni kilsəsi olub. Əsrlərdir ki, bu kilsə erməniləri türkə nifrət ruhunda tərbiyyə edib. İndi də bu proses davam edir. Erməni kilsəsi Azərbaycan torpaqlarının işğalını təbliğ edən başlıca qurumlardan biridir.

Belə olan halda, torpaqlarımız işğaldan azad edilməmiş bir şəraitdə görəsən, harda yerləşməsindən asılı olmayaraq erməni kilsələrinin pulsuz qazla təminatı nə dərəcədə məntiqə uyğundur?

Aydın məsələdir ki, Gürcüstandakı kilsələr də ermənilərə, onların işğalçılıq niyyətlərinə xidmət edir. Bu ölkədəki ermənilər də güclü anti-azərbaycan təbliğatı aparırlar.

Sonda Rövnəq müəllimə bir sualımız var.Erməni kilsələrini pulsuz qazla təmin edən, Socar 4 qəpiklik qazı bizə 20 qəpiyə niyə satır?
Tarix: 29-09-2017, 09:46
Xəbəri paylaş





Xəbər lenti