Polisin saxladığı 100 cinsi azlıqla bağlı yeni faktlar – SPİD-ə yoluxanların sayı 30-u keçib

Polisin saxladığı 100 cinsi azlıqla bağlı yeni faktlar – SPİD-ə yoluxanların sayı 30-u keçib Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin vətəndaş şikayətləri əsasında Bakıda milli-mənəvi dəyərlərin qorunması çərçivəsində həyata keçirdiyi reydlər zamanı saxlanılan cinsi azlıqlarla bağlı yeni faktlar aşkarlanıb.

BakuPost.az-ın əldə etdiyi məlumatlara görə, saxlanılan 100 nəfər arasında təhlükəli virusa yoluxanların sayları rəsmi açıqlamada göstərilən saydan xeyli çoxdur. Məlum olduğu kimi, həmin cinsi azlıqlar arasında SPİD və sifilis daşıyıcılarının olması xəbərini DİN-in mətbuat xidməti əvvəlcə təkzib etsə də, bir gün sonra 16 nəfərdə bu virusların aşkarlandığı barədə məlumat yaydı.


Lakin son məlumata görə, müayinələr zamanı bu rəqəmin daha çox olduğu üzə çıxıb.
Bildirilir ki, hazırda saxlanılan və müayinə olunan cinsi azlıqlardan 31 nəfərində SPİD və sifilis aşkarlanıb, digərlərində isə müxtəlif yoluxucu dəri-zöhrəvi xəstəliklər qeydə alınıb.

Onu da qeyd edək ki, DİN-in cinsi azlıqlara qarşı əməliyyatı Qərb mediasında böyük rezonans doğurub, Azərbaycan hökuməti müxtəlif dairələrin tənqidinə tuş gəlib.

Lakin Azərbaycanda polisin bu əməliyyatı demək olar ki, tam dəstəklənir. İstər sadə vətəndaşlar, istərsə də siyasi sferada cinsi azlıqlara qarşı mübarizənin daha da gücləndirilməsi tələb olunur. Buna misal kimi, Ədalət Partiyasının məsələylə bağlı yaydığı bəyanatı göstərmək olar.

Bu bəyanatlarda, sosial şəbəkələrdə aparılan müzakirələrdə cinsi azlıq nümayəndələrinin gecələr nümayişkarənə şəkildə Bakı küçələrini "fəth” etməsinin, yol kənarında və əhalinin sıx gedib-gəldiyi yerlərdə "xidmət” göstərmələrinin qarşısının tam alınması istənilir.
Siam.az
Tarix: 29-09-2017, 22:03
Xəbəri paylaş





Xəbər lenti