Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev vətəndaşı prokurorluqla təhdid edir

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev vətəndaşı prokurorluqla təhdid edir Gömrük generalı imtahana gələn gəncin yaxınını hədələdi



Bu barədə Anaxeber.az-a məlumat verən İsmayılov Anar Süleyman oğlunun sözlərinə görə, komitə sədri onu hədələyib.

Buna səbəb generalın qəbuluna gedərək bir məsələni aydınlaşdırmaq istəməsi olub: “Yaxın dostumun oğlu gömrük orqanlarına işə qəbulla bağlı müsabiqədən kəsilib.

Mən də səbəbini öyrənmək üçün getdim. Aydın Əliyevdən xahiş etdim ki, yenidən müsabiqəyə dəvət etsin. Amma məni prokurorluqda təhdid etdi.

Bu azmış kimi, Gömrük Komitəsinin rəsmi saytında mətbuat xidmət haqqımda yazı yerləşdirib. Guya demişəm ki, müharibə veteranıyam, Qarabağ müharibəsinin iştirakçısı olmuşam.

Halbuki, elə söz deməmişəm. Çünki müharibə vaxtı 13 yaşım var idi. Özlərini gülünc hala salıblar. Mənə deyir ki, özü müharibədə olub.

Yalan danışır. Onun təcrümeyi-halında Qarabağ döyüşlərində iştirak etməsi haqda informasiya yoxdur. Əgər bunu təsdiqləyən foto və ya video çəkiliş varsa təqdim eləsin.

Məmurların vəzifəyə təyin olunarkən borcu vətəndaşa xidmət və kömək etməkdir. Aydın Əliyev isə məni prokurorluqla təhdid edir.

Ona görə də prezidentə, I vitse-prezidentə, baş prokurora müraciət etmişəm, təhlükəsizliyimin təmin olunmasını xahiş eləmişəm”.

Qeyd edə ki, gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. Müsabiqə iki mərhələdən ibarətdir: test üsulu ilə imtahan və müsahibədən.
Komitənin mətbuat xidməti xəbər yayıb ki, son qəbul imtahanı zamanı müraciət edənlərdən biri - Xələfov Əli Abbasəli oğlu və özünü onun dayısı, Qarabağ uğrunda döyüşlərin iştirakçısı kimi təqdim edən 38 yaşlı İsmayılov Anar Süleyman oğlu hətta DGK-nı, onun rəhbərliyini namizədlərin seçimi zamanı ədalətsizliyə yol verməkdə, vəzifə və mövqedən şəxsi məqsədlər üçün istifadə etməkdə ittiham edir.
Lakin həmin şəxslərdən sadəcə ikisinin qəbul prosesinin ikinci mərhələsindəki suallara verdikləri cavablardan dünyaya və həyata baxışını, dünyagörüşünü, bir sözlə səviyyəsini aydın görmək mümkündür.
Namizədlərdən biri- Xələfov Əli Abbasəli oğlu 7 sualdan sadəcə 5-nə cavab verib ki, bunlardan yalnız biri doğrudur. Digər namizəd- Qəhrəmanov Cavid Rövşən oğlu isə 7 sualdan yalnız 2-sini düzgün cavablandırıb.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən xəbərsiz olanların, "Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavini hansı ölkənin nümayəndəsidir?" sualına Çin, Uruqvay deyənlərin, "Beynəlxalq ticarətdə maneə və məhdudiyyətlərin aradan qaldırılması nədir?" sualına isə "tədiyyə balansı" cavabını verənlərin səviyyəsinə qiymət vermək o qədər də çətin deyil.
Hər bir narazı namizədin şəxsən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tərəfindən qəbul edilməsi, onlara yol verdikləri yanlışlıqların izah olunması və cavablardakı səhvlərin özləri tərəfindən etiraf edilməsinə baxmayaraq yenə də hansısa ədalətsizlikdən danışmaq sadəcə yalan və böhtanlara sığınan bir insanın çarəsizliyidir.
Anaxeber.az
Tarix: 5-10-2017, 14:03
Xəbəri paylaş





Xəbər lenti