Erməni mətbuatı da Məleykə Əsədovanın şortikindən yazdı

Erməni mətbuatı da Məleykə Əsədovanın şortikindən yazdı Xalq artistləri Məleykə Əsədova və Ramiz Məlik arasında gedən “şortik” qalmaqalı erməni mətbuatında da yayımlanıb. Erməni saytları “Mini-şortik Azərbaycanın xalq artistlərini dalaşdırdı” başlıqlı yazılarında olay haqqında geniş məlumat verib.

Qeyd olunub ki, qalmaqalın yaranmasının səbəbkarı Ramiz Məlikin öz həmkarı haqqında dediyi ifadələr olub. Belə ki, xalq artisti Ramiz Məlik həmkarının sosial şəbəkədə şortikli fotolarını gördükdən sonra ona həmin şəkillərlə özünü, ona verilən fəxri adı və teatr kollektivini biabır etməməyi məsləhət görüb.

Daha sonra erməni mətbuatı hər iki xalq artisti arasında gedən söz davalarını və Məleykə Əsədovanın öz həmkarını məhkəməyə verdiyini qeyd edib. Həmçinin vurğulanıb ki, Ramiz Məlik sonradan həmkarından üzr istəsə də, aktrisa valideynlərinin və övladının təhqir olunduğuna görə məhkəmə iddiasından əl çəkməyəcəyini deyib.Erməni mətbuatı da Məleykə Əsədovanın şortikindən yazdı Xalidə Gəray
Musavat.com
Tarix: 5-10-2017, 16:12
Xəbəri paylaş





Xəbər lenti