Tanınmış jurnalist “Azəriqaz”ı dövlətə qarşıSABOTAJDA İTTİHAM ETDİ

Tanınmış jurnalist “Azəriqaz”ı dövlətə qarşıSABOTAJDA İTTİHAM ETDİ Son günlər havaların soyuması və yağıntılı keçməsi ilə əlaqədar olaraq Abşeron və Bakının bir çox ərazilərində elektrik və qaz verilişi dayandırılıb. Bu günlərdə daha çox qaz verilişində dayanma halları qeydə alınıb. Sosial şəbəkələrdə də “Azəriqaz”ın qaz verilişində yaranan problem ciddi müzakirə predmetinə çevrilib.
“Azəriqaz”ın havaların soyuması və yağıntılı keçməsi ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçərək əhalini fasiləsiz qazla təmin etmək barədə verdiyi açıqlama isə abonetlərin verdiyi məlumatlarla daban-dabana ziddiyət təşkil edir. Belə ki, sosial şəbəkə istifadəçiləri konkret faktlarla və hansı müddətdə Abşeron, həmçinin Bakının hansı ərazisində qazın verilişinin kəsildiyini göstərirlər. İstər Bakının mərkəzi, istərsə də Bakıətrafı qəsəbələrdə qazın verilişində ciddi problemlər yaranıb. Verilən məlumatlara görə, hətta Bakıətrafı qəsəbələrə aylardır ki, heç bir əsas olmadan qaz verilişi dayandırılıb. Bu hallara daha çox Abşeron rayonu ərazisində Sulutəpə, Hökməli və Qobu yaşayış məntəqələrində rast gəlmək olar.
Tanınmış jurnalist Kamil Həmidovun verdiyi məlumata görə, artıq 2017-ci ilin mart ayının sonlarından etibarən Qobu qəsəbəsinə qazın verilişində məhdudiyyətlər yaranıb. Onun sözlərinə görə, hələ yanvar-fevral aylarından etibarən “Azəriqaz” 30 mindən artıq əhalisi olan Qobu qəsəbəsinə qaz verilişini azaldıb, martın 17-dən etibarən isə tamamilə kəsib. “Aprel ayından isə qəsəbəyə qaz demək olar ki, verilmir. Bununla bağlı müarciət etmədiyimiz və qapısını döymədiyimiz qurum qalmayıb. Nəticəsi yoxdur ki, yoxdur”- o, qeyd edib.
K.Həmidov əlavə edib ki, şikayətlərdən sonra az da olsa qəsəbəyə qaz verilirdi. “Lakin son günlər havaların soyumasından sonra 10 gündür ki, qaz verilişi yenidən tamamilə dayandırıldı. Bu haqsızlığa dözməyən qəsəbə sakinləri oktyabrın 4-də ayağa qalxaraq Qobu qəsəbə icra nümayəndəliyi qarşısına toplaşaraq yaranmış vəziyətlə bağlı etirazlarını bildirdilər. Bundan sonra qaz verilişi bərpa edildi. Ancaq qəsəbə sakinlərinin sevinci uzun çəkmədi. Oktaybrın 4-də axşam saatlarından etibarən qaz verilişi yenidən dayandırılıb. O zaman sual olunur, əgər qaz yoxdursa, niyə qəsəbə sakinləri ayağa qalxan kimi qaz verilişi bərpa edildi, əhali evinə çəkilən kimi qazı kəsirlər?!Bunun səbəbi nədir. “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev və SOCAR prezidenti hara baxır?”- deyə, K.Həmidov əlavə edib.
Onun fikrincə, “Azəriqaz” bu hərəkəti ilə qəsdən dövlətə qarşı sabotaj etməklə, xalqda narazılığı artırmaqla, əhalini dövlətə qarşı qaldırır: “Bunun bir sonu olmalıdır ya yox!”
Mürtəza
Gununsesi.info
Tarix: 5-10-2017, 21:51
Xəbəri paylaş





Xəbər lenti