“Kirminal aləm”in adamı olan 20 yaşlı Yusifin cinayətləri - atasının yolu ilə...

“Kirminal aləm”in adamı olan 20 yaşlı Yusifin cinayətləri - atasının yolu ilə... Bakıda özünü "kriminal aləmin adamı" kimi təqdim edərək ayrı-ayrı şəxslərin telefonunu hədə-qorxu ilə ələ keçirən şəxsin məhkəməsi keçirilib.

O, aldığı telefonu sataraq pulunu həbsxanada olan kriminal aləmin üzvlərinə göndərəcəyini deyirmiş. Bu cinayəti törədərkən o, tək olmayıb.


Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Onlar 1996-cı il təvəllüdlü Nəbiyev Yusif Mehman oğlu və 1992-ci il təvəllüdlü Həsənov Murad Çingiz oğludur. Hər iki şəxs bir neçə cinayət əməli törətməkdə ittiham edilirlər.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısə çıxış edib.

İttihama görə, Yusif Nəbiyev Bakıda Bulvar ərazisində ayrı-ayrı vaxtlarda bir neçə nəfərə yaxınlaşaraq özünü cinayət aləminin üzvü kimi təqdim edib və onlara hədə-qorxu gələrək telefonlarını ələ keçirib. Bundan əlavə o, oğurluq əməli də törədib. Digər təqsirləndirilən şəxs Murad Nəbiyev isə Yusif Nəbiyevlə bir neçə epizodda bir yerdə olub və cinayət əməli törədib.

Yusif Nəbiyev Cinayət Məcəlləsinin oğurluq, quldurluq və soyğunçuluq maddələri ilə təqsirli bilinir. İttihama münasibət bildirən Y.Nəbiyev oğurluq və soyğunçuluq törətdiyini etiraf etsə də quldurluqla özünü təqsirli bilmədiyini deyib.

Murad Həsənov isə ona qarşı irəli sürülən ittihamların heç biri ilə özünü təqsirli bilmədiyini söyləyib.

Daha sonra təqsirləndirilən şəxslərdən Yusif Nəbiyevin törətdikləri cinayət epizodu üzrə ifadə verib.

O, ilk dəfə 6 sentyabr 2016-cı il tarixdə axşam saatlarında Bulvarda Hikmət Əliyev adlı gəncə yaxınlaşaraq telefonunu istəyib. Özünü kriminal aləmin adamı kimi təqdim edib. İttihama görə bu zaman Y.Nəbiyevin əlində bıçaq da olub. O, H.Əliyevə “telefonu verməsən, səni vuracam” deyib.

Y.Nəbiyev məhkəmədə deyib ki, telefonu alsa da əlində bıçağı olmayıb.

“Bir səhvdir etmişəm. Mən ondan telefonu istəmişəm. Dedim ki, ehtiyacım var. O da verdi”- deyə Y.Nəbiyev əməlini belə izah edib.

Daha sonra Y.Nəbiyev 5 oktyabr 2016-cı ildə bir gecə kirayədə qaldığı evdən oğurluq edib. İttihama görə, o, mənzildən tanışının telefonunu və pulunu oğurlayıb. Y.Nəbiyev bu epizod üzrə danışarkən deyib ki, həmin evdə onun “İphone 4” markalı telefonunu götürüblər. O da əvəzində evdə olan telefonu və nağd pulu götürüb.

Y.Nəbiyev oğurluq hadisəsi törətdiyi günün axşamı Bulvarda Kamran Şirinova yaxınlaşıb və eyni qaydada özünü kriminal aləmin üzvü kimi təqdim edib və telefonunu istəyib.

Bu əməlindən 8 gün sonra Y.Nəbiyev yenə də sakit dayanmayıb. Şəmsi Məmmədov adlı tanışının telefonunu danışmaq adı ilə alan Y.Nəbiyev sonradan telefonu qaytarmayıb. Bu hadisə isə “Sahil” metrostansiyasının qarşısında baş verib.

Bu əməli haqda danışan Y.Nəbiyev deyib ki, Şəmsi ilə tanışlığı olub: “Görüşəndə Şəmsiyə dedim ki, telefon lazmdır. Buna görə də aldım”.

Cəmi 20 yaşında cinayət əməllərininin sayını hər ötən gün artıran Y.Nəbiyevin digər qurbanı isə ötən ilin 19 oktyabrında Bayram İsmayılov olub.

Y.Nəbiyev onun da telefonunu əlindən alıb. Bu zaman Yusif deyib ki, aldığı telfonu sataraq pulunu həbsxanada olan kriminal avtoritetlərə göndərəcək.

Bütün əməllərinə münasibət bildirən Y.Nəbiyev peşman olduğunu deyib. O, “bir səhvdir” olub deyərək əməllərinə haqq qazandırmaq istəyib.

Hakim Y.Nəbiyevdən ələ keçirdiyi telefonları hansı məqsədlərlə istifadə etdiyini soruşub. Y.Nəbiyev isə bildirib ki, əldə etdiyi telefonların hamsını satıb. Telefonları müxtəlif mağazalarda və tanışlarına satdığını deyən Y.Nəbiyev əldə etdiyi pulu isə xərclədiyini bildirib.

Göründüyü kimi, Y.Nəbiyev 20 yaşında artıq bir neçə cinayət əməli törədib. O, əllərində, boğazında, boyun nahiyyələrindəki çoxsaylı döymələrlə diqqət çəkib. “Oğru aləmi”nin döymələri bədənin müxtəlif hissələrinə dödürən Y.Nəbiyevin ilk dəfə cinayət hadisəsi törədəndə isə cəmi 16 yaşı olduğu məlum olub.

O da məlum olub ki, onun atası da hazırda həbsxanadadır. Məlumata görə Y.Nəbiyevin atası da eyni əməlləri törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib. Növbəti iclasda M.Hüseynovun iştirak etdiyi epirozdlar üzrə araşdırma aparılacaq. Zərəçəkmiş şəxslər ifadə verəcək.

İ.Muradov,
Tarix: 6-10-2017, 22:50
Xəbəri paylaş





Xəbər lenti