Məhəbbətin beləsi: “Qanuni oğru” keçmiş sevgilisinin ərə getməsini bağışlaya bilmədi: DEPUTATIN SƏS-KÜYLÜ QƏTLİ

Məhəbbətin beləsi: “Qanuni oğru” keçmiş sevgilisinin ərə getməsini bağışlaya bilmədi: DEPUTATIN SƏS-KÜYLÜ QƏTLİ "Qanuni oğru" Türik Ukraynada keçmiş sevilisinin həyat yoldaşı, eks-deputat Denis Voronenkovun qətlini sifariş verməkdə ittiham edilir.

Cebhe.info xəbər verir ki, bu barədə Ukraynananın baş prokuroru Yuri Lusenko məlumat verib. Baş prokuror açıqlamasında bildirib ki, deputatın hazırda dul qalan xanımı, müğənni Mariya Maksakova ilə əvvəllər sevgili olan "qanuni öğru" qətli şəxsi motivlərdən sirafiş edib.

8 il ərzində qadınla vətəndaş nikahındа yaşayan "oğru" daha sonra onun deputat Voronenkovla ailə həyatı qurması ilə razılaşmayıb. 8 illik birgə həyatın qısasını onun ərinin qətlini sifariş verməkdə görüb.

Sifarişi killer Pavel Parşov icra edib və bu zaman Ukrayna vətəndaşlarından dəstək alıb. Onlardan ikisi hazırda saxlanılıb, qalan 2 nəfər isə axtarışdadır.

Cebhe.info xatırladır ki, Dövlət Dumasanın keçmiş deputatı Denis Voronenkov 2017-ci il 23 martda öldürülüb. Onu Kiyevin mərkəzindəki "Premyer palas"ın qarşısında güllələyiblər.

Hadisə zamanı keçmiş deputatın mühafizəçisi də atəş açıb və aldığı güllə yarasından killer Pavel Parşov xəstəxanada keçinib.
Tarix: 9-10-2017, 23:32
Xəbəri paylaş





Xəbər lenti