Əsabil Qasımov ağacları kəsmədiyini deyir - Deputat danışdı

Əsabil Qasımov ağacları kəsmədiyini deyir - Deputat danışdı Millət vəkili Əsabil Qasımov Yasamal rayonunda “yaşıl soyqırım” keçirmədiyini bəyan edib.
Bu barədə Gununsesi.info-ya açıqlama verən deputat Əsabil Qasımov Abbas Mirzə Şərifzadə küçəsi 162 və 174 ünvanında hündürmərtəbəli bina tikintisi zamanı məhəllədəki yaşıllıqların məhv edilməsi ilə bağlı gedən yazıya reaksiya verərkən deyib.
Ə.Qasımov qeyd edib ki, nə o, nə də yaxınları adıçəkilən ünvanlarda tikinti işi aparır. “Bizə məxsus belə bir şirkət yoxdur və həmin ərazidə heç bir tikinti işi aparmırıq”- deyə, o bildirib.
Xatırladaq ki, məsələ ilə bağlı Gununsesi.info-ya verilən məlumatda Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 162 ünvanındakı beşmərtəbəli binaları sökərək yerində hündürmərtəbəli bina və ticarət mərkəzi tikməyi planlaşdıran, həmçinin bu zaman 40 ildən artıq yaşı olan ağacları kəsib, yaşıllığı məhv edən “SKY Residence” MMC-nin millət vəkili Əsabil Qasımova məxsus olduğu deyilir.
Tarix: 10-10-2017, 22:02
Xəbəri paylaş





Xəbər lenti