"Əbülfəz Elçibəyin qardaşı kimi hər zaman normal münasibətlərimiz olub" - deputat

"Əbülfəz Elçibəyin qardaşı kimi hər zaman normal münasibətlərimiz olub" - deputat Bu gün Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev vəfat edib. Almurad Əliyev bu gün Sulutəpə qəbiristanlığında torpağa tapşırılıb. Mərhumun dəfninə tanınmışlar qatılıb.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Modern.az-a açıqlamasında Almurad Əliyevin dəfn mərasimində iştirak etdiyini deyib:
“Almurad bəyin nəşi evdən çıxarılanda, həm də dəfn olunanda orada iştirak etdim. O, siyasətə qarışmayan kənd adamı idi. Əbülfəz Elçibəyin qardaşı kimi hər zaman normal münasibətlərimiz olub. Yadımdadır ki, məni Əbülfəz Elçibəy ilə ilk dəfə 1981-ci ildə Almurad Əliyev görüşdürüb. Almurad bəyin vəfatından 3-4 gün əvvəl evində ziyarət etmişəm. Allah ona rəhmət eləsin!”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev və partiya üzvləri də dəfn mərasiminə qatılıb. Bu haqda partiya sədrinin müavini Elçin Mirzəbəyli bildirib
Tarix: 11-10-2017, 21:13
Xəbəri paylaş





Xəbər lenti