Gündüz İsmayılov: "Azərbaycanda dini ayrı-seçkilik yaradan saytlar xaricdən idarə olunur"
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsimütamadi olaraq KİV-lərin monitorinqini həyata keçirir və təhlil işləri aparılır, nəticəyə uyğun müvafiq tədbirlər görülür"."Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
O bildirib ki, monitorinq nəticəsində dini və məzhəb ayrı-seçkiliyi salan, dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytların olduğu müəyyənləşib: "Bu cür saytlar özlərini xəbər portalları kimi təqdin etsələr də əksəriyyəti dini qaynaqlı saytlardır. Bunlar dini mahiyyət daşıyan dini qruplar tərəfindən idarə olunub. Onlarla bağlı hüquq-mühafizə orqanları tədbir görüb. Bu cür saytların demək olar ki, hamısı xaricdən idarə olunur. Onların domenlərinə baxmaq kifayətdir ki, Azərbaycandan idarə olunmadığı görünsün".
Siam.az
Tarix: 13-10-2017, 16:38