Hacı İbrahimin qardaşı azad edildi
Adı böyük tikinti fırıldağına qarışan, iş adamı Sahib İbrahimov azadlığa buraxılıb

Bu barədə musavat.com-a özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, zərərçəkənlərdən 21 nəfərin pulu geri ödənilib.

Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. Eyni zamanda Hacı İbrahim Nehrəmli kimi tanınan iş adamının da qardaşıdır.

Onu da bildirək ki, S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.