Rayon rəhbəri şəhid Yaqub Qəhramanlının anası Mətanət Qəhramanovanı 50 illik yubileyi münasibəti ilə ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər
rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Tərtər şəhərində Vətən
müharibəsi şəhidi Qəhramanlı Yaqub Abdulla oğlunun ailəsini ziyarət edib,
anası Mətanət Qəhramanovanı 50 illik yubileyi münasibəti ilə təbrik edərək,
ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki,
bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub,
suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, şəhid Yaqub Qəhramanlı Vətən müharibəsində Talış kəndi
istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma
vəziyyətində qalıb. “Yaşat” Fondunun xətti ilə uzun müddət “İstanbul
Medicana Hospitalında”, “İstanbul Cərrahiyə xəstəxanası”nda  Dövlət
Təhlükəsizliyi Xidmətinin “Hərbi Tibbi Hospital”ında müalicə almasına
baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb. Yaqub Qəhramanlı
29.05.2022-ci il tarixdə şəhadətə qovuşub.
Yaqub Qəhramanlı 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə
göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müvafiq sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına
görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Yaqub Qəhramanlının bir oğlu yadigar qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə  Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: Bu gün, 11:07
Xəbəri paylaş





Xəbər lenti