Dövlət başçıları nə qədər maaş alırlar? – Siyahı


Dünyada ən yüksək maaş alan dövlət başçılarının reytinq siyahısına Sinqapurun Baş naziri Lourens Vonq liderlik edir.
Yeniavaz.com
“Forbes” nəşrinə istinadən xəbər verir ki, Sinqapurun Baş naziri ildə təxminən 1,69 milyon dollar qazanır.
Növbəti yeri ondan təxminən üç dəfə geridə qalan İsveçrə Prezidenti Viola Amherd tutub. ABŞ Prezidenti Co Bayden siyahıda dördüncü yerdə qərarlaşıb.
Ən yüksək maaş alan 10 dövlət başçısı bunlar olub:
1. Sinqapurun Baş naziri Lourens Vonq - ildə 1,69 milyon dollar;
2. İsveçrə Prezidenti Viola Amherd - 569,5 min dollar;
3. Avstraliyanın Baş naziri Entoni Albanese - 412,5 min dollar;
4. ABŞ Prezidenti Co Bayden - 400 min dollar;
5. Avstriya Kansleri Karl Nehammer - 316,7 min dollar;
6. Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson - 310,5 min dollar;
7. Kanadanın Baş naziri Castin Trüdo - 301 min dollar;
8. Almaniya Kansleri Olaf Şolts - 293 300 dollar;
9. Yaponiyanın Baş naziri Şiqeru İşiba - 276,4 min dollar;
10. İrlandiyanın Baş naziri Saymon Harris - 267,3 min dollar.
Rusiya Prezidenti Vladimir Putin reytinqdə 28-ci yeri tutub. Onun illik maaşı 113,6 min dollardır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə illik 35 700 dollar maaşla nisbətən aşağı sıralarda qərarlaşıb.
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ən kasıb liderdir - o, ildə cəmi 1,7 min dollar alır.
Reytinqdə Azərbaycan və digər MDB ölkələri ilə bağlı məlumatlar yer almayıb.
Tarix: Bu gün, 21:26
Xəbəri paylaş





Xəbər lenti