Ruslar azərbaycanlı “vor zakon”u Bakıya göndərdilər – VİDEO

 Azərbaycanlı qanuni oğru Rusiyadan deportasiya olunub.

Sfera.az xəbər verir ki, bu haqda “Praym Kraym” agentliyi yazıb.

Xəbər verilir ki, İlqar Əliyev ( İlqar Dmaniskiy) adlı qanuni oğru Vnukova aeroprtuna gətirilib və Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb.

Rusiya daxili işlər naziri Vladimir Kolokolsevin əmri ilə ona Rusuya ərazinə girməyə ömürlük qadağa qoyulub.

İlqar Əliyev 2014 -cü ildə Edik Asatryanın “Ded Xasan”-ın rezidensiyası sayılan “Starıy Fayton” restoranında keçirdiyi oğru “sxodkası”na basqın zamanı həbs olunmuşdu.

Həmin vaxt üstündə narkotik aşkarlanan Əliyev diğərlərinə nisbətən daha çox həbs cəzası almışdı.

Bu il 2 aprldə həbsdən azad edilən Əliyev xarici vətəndaşlar üçün müvəqqəti sığınacağa gətirilmişdi.

Tarix: 23-08-2018, 14:52
Xəbəri paylaş





Xəbər lenti