Bakıda fəhlələr intihara cəhd etdi - Pullarını ala bilmirlər


"Xətai life” tikinti şirkətinin 4 işçisi intihara cəhd edib.

BakuPost-un "Report”a istinadən məlumatına görə, fəhlələr şirkətin Süleyman Vəzirov küçəsi - 17 ünvanında inşa etdirdiyi yaşayış binasının üst hissəsinə çıxaraq özlərini yerə atacaqlarını bildiriblər. Onlar bu addımı əməkhaqlarının verilməməsi ilə izah ediblər.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin işçiləri intihara cəhd edən şəxsləri bu fikirdən daşındıraraq aşağı düşürüblər.

Hadisə yerinə tikinti şirkətinin əməkdaşı da gəlib.
 


 
Tarix: 27-08-2018, 20:52
Xəbəri paylaş





Xəbər lenti