Qalmaqallı iş adamı barədə cinayət işinin açıldığı bildirilir


Bakıda sərnişindaşıma xidməti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin sahibi, qalmaqallı iş adamı Faiq Seyidovun barəsində cinayət işinin qaldırıldığı bildirilir. Virtualaz.org xəbər verir ki, bu barədə bəzi yerli saytlar yazıb.

Məlumata görə Faiq Seyidov Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə (Özbaşınalıq əməli) ittiham olunur. Belə ki, iş adamının 2017-ci il iyulun 10-da Bakıda “İdeal-inşaat” MMC-yə məxsus olan MTK-nın 200-ə yaxın ailəyə xidmət edən komendant otağını "güc tətbiq edərək zəbt etməsi barədə" daxil olmuş şikayət əsasında Binəqədi rayon Polis İdarəsi tərəfindən cinayət işi qaldırılıb.

Bildirilir ki, hazırda həmin cinayət işi Bakı şəhər Prokurorluğunun icraatındadır.

Faiq Seyidovun adı neçə vaxtdır ki, qalmaqalların mərkəzindədir. Xatırladaq ki, onun oğlu Xaliq Seyidovun 2014-cü ildə atasına məxsus avtomobili sənədsiz idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdi və Müdafiə Nazirliyinin polkovnik-leytenant rütbəli zabitini vurmuşdu. Zabit aldığı ağır xəsarətlərdən Mərkəzi Hərbi Hospitalda keçininmişdi, amma onun “öz əcəli ilə öldüyü” haqda rəy əsasında iş adamının ərköyün oğlu məsuliyyətdən kənarda qalmışdı. Lakin ötən il zabitin avtomobillə vurulma zamanı aldığı xəsarətlərdən öldüyünü təsdiqləyən sənədlər mətbuatda dərc olunandan sonra hüquq-mühafizə orqanları yenidən cinayət işi qaldırmışdı və araşdırma başlatmışdı.

Tarix: 3-09-2018, 14:03
Xəbəri paylaş





Xəbər lenti