Etibar Pirverdiyevin 2 milyon yarımlıq villası…
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) eks sədri Etibar Pirverdiyevlə Elbrus Məmmədov adlı iş adamı ilə arasında əmlak davası olub

Gecəyə sizdən bir lomba qurd töküləcək!

Həmin məlumatda bildirilirdi ki, E.Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli mülk 2011-ci ildə E.Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə “Azərenerji” ASC -nin eks sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub. E. Pirverdiyevin 2 milyon 400 min manata aldığı villanın pulıunun bir hissəsini hələ də vermədiyi iddia olunurdu.

“Bizim Yol” qəzeti sözügedən villanın fotosunu yayıb.